RU

Mbina: “Mövsümü iki titulla başa vurmaq inanılmazdır”

ain.az bildirir, futbolpress-az portalına istinadən.

“Sabah” Azərbaycan Kubokunun qalibi olub. “Bayquşlar” həlledici matçda “Zirə”yə qalib gəlib – 2:1.

Matçdan sonra “futuristlər”in futbolçusu Patrik Mbina “Futbolpress.az”ın suallarını cavablandırdı:

– “Qızıl dubl”la bağlı fikirlərinizi bölüşərdiniz…

– Karyeramda ilk çempionluqları yaşadım. Möhtəşəm hisslər keçirirəm. Komanda yoldaşlarıma təşəkkür edirəm, yaxşı oynadıq və geri düşsək də, qələbə qazandıq. İndi bundan həzz almalıyıq. Hər kəsi təbrik edirəm!

– Fantastik qolla hesabı bərabərləşdirdin. Qolunuzu necə şərh edərdiniz?

– Komandama kömək edə bildiyim üçün şadam. Nə deyə bilərəm? Hisslərimi sözlə ifadə edə bilmirəm. Çox xoşbəxtəm.

– “Sabah”a ən son qoşulan futbolçusunuz. Qısa zamanda iki kubok qazandınız…

– Bura gələndən sonra zədələndim və çətin perioddan keçdim. Oynamaq, özümü göstərmək istəyirdim. Çox çalışdım və baş məşqçimiz mənə şans verdi. Düşünürəm ki, bundan yaxşı istifadə etdim. Vacib oyunlarda qol vura bildim. Burda hər şey çox yaxşıdır. Mövsümü iki titulla başa vurmaq inanılmazdır.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
futbolpress.az

1Источники