RU

Bu dəfə bəxt də güclü olan Sabah ın tərəfində idi Aslan Kərimov

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sabah" Azərbaycan Kubokunun finalında "Zirə"ni üstələyərək "qızıl dubl" etməyi bacardı. Valdas Dambrauskasın komandası həlledici matçda hesabda geri düşsə də, dönüş edə bildi (2:1). Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "Sabah" - "Zirə" qarşılaşması ilə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Düşündüyümüz kimi, gərginliyi, dramatikliyi ilə diqqət çəkən, azarkeşlər üçün göz oxşayan, bir sözlə, əsl finala layiq oyun oldu. Matçın texniki tərəfindən danışası olsam, gözləntim o idi ki, "Zirə" boşluqlar verməməyə, kompakt müdafiə olunmağa, rəqibi əks-həmlələrdə cəzalandırmağa çalışacaq, "Sabah" isə dominant tərəf olacaq, aramsız hücumlarla qarşı tərəfi səhvə məcbur etməyə səy göstərəcək. Yalnız ilk 10-15 dəqiqə fərqli məcrada keçdi. "Zirə" oyuna aqressiv, "Sabah" isə nədənsə, arxayın başladı. Nəticədə Rəşad Sadıqovun komandası erkən qol vurdu. "Sabah" isə görünür, çempionluğun gətirdiyi rahatlığın təsiri ilə bir müddət özünə bənzəmədi. Ancaq buraxdığı qolun şokundan ayıldıqdan sonra favorit saydığımız "Sabah" matça ağırlığını qoymağa başladı. Bu müddətdə "Zirə" yaxaladığı daha bir neçə imkandan hansınısa dəyərləndirə bilib fərqi artırsaydı, gedişat dəyişə bilərdi. Ancaq "Sabah" cinah hücumçularının fərqi keyfiyyətləri sayəsində geridönüş etməyi bacardı. Valdas Dambrauskasın yetirmələri bərabərlik qolunu daha tez vura bilərdi, ancaq rəqib qapıçı əla seyvlərlə buna imkan vermirdi. Bununla belə, ikinci hissənin ortalarında hesabı bərabərləşdirdilər, son dəqiqələrdə isə qələbə topunu vurub qələbə qazandılar. Qollar da baxımlı alındı. Uzaqdan zərbə, qayçıvari vuruş, uzun reydin hiyləgər tamamlanması...

Finalda bəzən bəxt amili rol oynayır. Bu dəfə bəxt də güclü olan "Sabah"ın tərəfində idi. "Bayquşlar" haqq edərək hər iki titulu əldə etdilər. Həm çempionatda, həm də kubokda kifayət qədər keyfiyyətli oyun nümayiş etdirərək hətta neytral azarkeşlərin də rəğbətini qazandılar". 

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
fanat.az

2Источники