RU

Məşhur fenomen AZADLIĞA BURAXILDI

Türkiyədə “Testo Taylan” adı ilə tanınan sosial media fenomeni Taylan Özgüç Danyıldız ilə bağlı istintaqda yeni qərar verilib. Təxminən iki aydır həbsdə olan fenomen məhkəmə qərarı ilə azadlığa buraxılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Taylan Özgüç Danyıldız martın 18-də “açıq şəkildə nifrət və düşmənçiliyi qızışdırmaq” ittihamı ilə həbs edilmişdi.

İstintaq onun sosial şəbəkələrdə yayımladığı “Sosial Mühəndislik Akademiyası” adlı video ilə bağlı başlanmışdı. İddialara görə, “sosial eksperiment” adı altında çəkilən videoda qadınlara qarşı alçaldıcı və ədəbsiz davranışlar yer alıb.

Təxminən 60 gün həbsdə qalan fenomenin bu gün keçirilən məhkəmə prosesindən sonra azadlığa buraxılması qərara alınıb.

Hələlik Taylan Özgüç Danyıldız tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, “Testo Taylan” kimi tanınan Taylan Özgüç Danyıldız Türkiyədə küçə müsahibələri, yumoristik videolar və sosial media məzmunları ilə məşhurlaşıb. O, həmçinin bodibildinq və pauerliftinq fəaliyyəti ilə də tanınır.

Fenomen son dövrlərdə yayımladığı bəzi videolara görə də ciddi tənqid olunurdu. Xüsusilə “Kadıköy Buğası ilə Dənizin Ortasında” adlı videosunda əlil şəxslə bağlı görüntülərin paylaşılması sosial mediada etik müzakirələrə səbəb olmuşdu.

Musavat.com

Избранный
49
musavat.com

1Источники