RU

WUF13 üçün akkreditasiya kartlarının verilməsinə başlanıb-Son görüntülər  

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə bu gündən etibarən akkreditasiya kartlarının verilməsinə başlanıb.

Səhər saatlarından etibarən Bakı Olimpiya Stadionunda yerləşən Akkreditasiya və Qeydiyyat Mərkəzində WUF13 iştirakçılarının qeydiyyatı və akkreditasiyası həyata keçirilir.

Musavat.com-un əməkdaşı xəbər verir ki, Bakı Olimpiya Stadionuna gediş-gəlişi təmin etmək məqsədilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin 4A perronundan K1 servis avtobusu 24/7 rejimində sərnişin daşımalarını həyata keçirəcək.

Mərkəz 14–16 may tarixlərində saat 09:00–18:00, 17–21 may tarixlərində saat 07:00–18:00, 22 may tarixində isə saat 07:00–15:00 aralığında fəaliyyət göstərəcək. Onlayn qeydiyyatdan keçmiş şəxslər WUF13 akkreditasiya kartlarını əldə etmək üçün elektron poçtlarına göndərilən unikal qeydiyyat nömrəsi ilə yanaşı, qeydiyyat zamanı istifadə etdikləri etibarlı şəxsiyyətini təsdiq edən sənədi də özləri ilə gətirməlidirlər.

Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd, xarici ölkə vətəndaşları isə etibarlı pasport təqdim etməlidirlər.

Bununla yanaşı, tədbir günlərində yerində qeydiyyat imkanı da yaradılacaq.
Onlayn qeydiyyat üçün son tarix 15 may saat 18:00-dır.

Nigar Həsənli
Musavat.com

Избранный
1
15
musavat.com

10Источники