RU

Hindistan sanksiyaların ağır nəticələri barədə xəbərdarlıq edib

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

“Birtərəfli sanksiyalar beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olan əsassız tədbirlərdir”

“Birtərəfli sanksiyalar beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olan əsassız tədbirlərdir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.

"Biz birtərəfli məcburi tədbirlərin və beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olan sanksiyaların artan istifadəsinə diqqət yetirməliyik. Bu cür tədbirlər inkişaf etməkdə olan ölkələrə qeyri-mütənasib təsir göstərir. Bu əsassız tədbirlər təzyiq diplomatiyanı əvəz edə bilmədiyi kimi, dialoqun əvəzedicisi ola bilməz", - deyə o BRICS xarici işlər nazirləri görüşünün ilk sessiyasında çıxış edərkən bildirib.

Nazirin sözlərinə görə, mövcud çətinliklər "bərabərsizliyi daha da artırmağa və inkişafa mane olmağa davam edir".

"Bir çox inkişaf etməkdə olan ölkələr üçün prioritet təkcə iqtisadi artım deyil, həm də getdikcə daha mürəkkəbləşən qlobal mühitdə risklərin idarə olunmasıdır", - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
ayna.az

1Источники