RU

İran Hörmüz boğazına görə dünyadan ödəniş tələb edir

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran parlamentinin sədrlik şurasının üzvü Hüseyn Əli Hacıdeliqani bildirib ki, ölkələr Hörmüz boğazının altından keçən fiber-optik kabellərə görə İrana illik ödəniş etməlidirlər.

Redaktor.az xəbər verir ki, iranlı deputat hər gün həmin xətlər vasitəsilə yüz milyardlarla dollarlıq maliyyə əməliyyatlarının həyata keçirildiyini bildirib.

O qeyd edib ki, Hörmüz boğazı İranın nəzarətində olan digər təbii sərvətlər kimi “Tanrı tərəfindən verilmiş bir xəzinədir”.

Hacıdeliqani vurğulayıb ki, Tehran öz coğrafi imkanlarından və strateji mövqeyindən iqtisadi üstünlük əldə etmək üçün istifadə etməlidir.

Aminə ŞAHSUVARQIZI

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
redaktor.az

2Источники