RU

Almaniyadan başlayan velosiped yolçuluğu... - ŞAMAXIDA BELƏ QARŞILANDILAR

Lisa və Karl 2025-ci ilin iyul ayından etibarən Almaniyadan Yaponiyaya doğru velosipedlə yola çıxdıqlarını bildiriblər.

Ölkə.az xəbər verir ki, onlar bu barədə sosial mediada paylaşım ediblər.

Hazırda Azərbaycana çatan turistlər sosial şəbəkə vasitəsilə Şamaxıda onları 2-3 gecə qonaq edə biləcək insan axtardıqlarını paylaşıblar.

Paylaşımda “Sabahdan etibarən Şamaxıda bizi qəbul edə biləcək birini axtarırıq. Kimsə kömək edə bilərsə, çox sevinərik” sözlərini qeyd ediblər.

Turistlər paylaşımda Azərbaycanın gözəl ölkə olduğunu da vurğulayaraq burada bir neçə həftə qalacaqlarını, daha sonra isə bərə ilə Qazaxıstana yollanacaqlarını qeyd ediblər.

Həmidə İbrahimova

Избранный
57
1
olke.az

2Источники