RU

Kann Film Festivalında Qu quşu kimi parlayanlar, Sıxıcı hesab edilənlər... SİYAHI

ain.az, Baku.ws saytına istinadən bildirir.

Bu il 79-cu dəfə keçirilən Kann Film Festivalında türkiyəli ulduzlar da qatılıblar. Hande Erçel, Demet Özdemir, Gülsim Ali, Sümeyye Aydoğan və Melisa Aslı Pamuk kimi tanınmışlar qırmızı xalıda dəb yarışına çıxıblar. Onlardan bəzilərinin tərzi müsbət, bəzilərininki isə mənfi qiymətləndirilib.

BAKU.WS Türkiyə KİV-ə istinadən Kann Film Festivalında tərzi ilə bəyənilən və bəyənilməyən məşhurların siyahısını təqdim edir:

Aktrisa Hande Erçel

Son illərdə həm üslubu, həm də beynəlxalq tədbirlərdə iştirakı ilə gündəmdə olan Hande Erçel üçüncü dəfə Kann Film Festivalında iştirak edib. Dünyaca məşhur bir zinət əşyası markasının səfiri olan Erçel bütün diqqətləri üzərinə çəkib. Uzun müddətdir birlikdə çalışdığı stilisti İnan Kırdemir ilə yollarını ayırdıqdan sonra onun festivalda nə geyinəcəyi maraq doğururdu. Hande Erçel bədəninə tam oturan qızılı rəngli libası, rəngarəng zinət əşyaları, təbii makiyajı və açıq saç düzümü ilə böyük rəğbət qazanıb. Məşhur model İzabel Qoulartın stilisti Daniella Qoldberq ilə işləməyə başlayan Erçelin tərzi onu sevənlərdən çoxlu müsbət rəy alıb.

Aktrisa Demet Özdemir

Son dövrlərin yüksələn ulduzlarından biri olan və baş rolunu oynadığı "Eşref Rüya" ilə gündəmdən düşməyən Demet Özdemir seçdiyi layihələr və qatıldığı tədbirlərlə xaricdə də populyarlığını artırıb. Məşhurlar arasında yer alan Demet Özdemir siması olduğu markanın onun üçün xüsusi hazırladığı ağ libası ilə diqqət çəkib. Qırmızı xalça üçün zərif ağ libas seçən Özdemirin tərzi izləyicilərdən yüksək qiymət alıb. Sosial media istifadəçiləri ona "Qu quşu kimi", "Sanki parlayır", "Çox gözəl olub" kimi rəylərlə ona təriflər yağdırıblar.

Aktrisa Sümeyye Aydoğan

Artıq uzun müddətdir heyətində yer aldığı "Yeraltı" serialı ilə diqqət çəkən Sümeyye Aydoğan, marka səfiri olduğu qlobal zinət əşyası brendinin dəvəti ilə Kann Film Festivalına qatılıb. 27 yaşlı aktrisa festival üçün qırmızı rəngli libas seçib. Təbii gözəlliyi ilə diqqət çəkən Aydoğanın Kann seçimi sosial media istifadəçiləri tərəfindən bir o qədər də bəyənilməyib. Üslubların ön plana çıxdığı qırmızı xalçada onun kombini sadə hesab edilib. İstifadəçilər Sümeyye Aydoğanın görünüşü barədə "Sadə və düz", "Sıxıcı", "Yaşından daha böyük görünür" kimi rəylər yazıblar.

Aktrisa Gülsim Ali

"Gönül Dağı" serialı ilə məşhurlaşan aktrisa Gülsim Ali də Kann Film Festivalına qatılan türk aktrisalar arasında yer alıb. Qırmızı xalıda görünən 31 yaşlı aktrisanın seçdiyi libas izləyicilərdə fikir ayrılığı yaradıb. Bəziləri onun üçün xüsusi hazırlanmış sadə libası bəyənsə də, digərləri tərzini Kann üçün kifayət qədər iddialı hesab etməyib.

Aktrisa Melisa Aslı Pamuk

Uzun müddətdir ekranlardan uzaq olan və 2024-cü ildə futbolçu Yusuf Yazıcı ilə ailə quran 2011 Türkiyə gözəli Melisa Aslı Pamuk da Kann Film Festivalında iştirak edib. Qırmızı xalıya tünd yaşıl, balıq formalı libas seçən Pamuk paylaşdığı pozalarla izləyicilərinin marağına səbəb olub. onun geyimi çox bəyənilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
1
baku.ws

2Источники