"Liverpul"un baş məşqçisi Arne Slot yeni mövsümə "Liverpul"un "sükanı arxası"nda başlamaq ehtimalının yüksək olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış jurnalist Ben Ceykobs şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Məşqçi ən yaxşı mövsüm keçirmirsə, söz-söhbət yaranır. Məni ittiham edənlərin öz fikrində qalmaq haqqı haqqı var. İndiki zamanda hamı öz mövqeyini ortaya qoya bilər.
Potensial yeni transferlərlə klub arasında danışıqlar gedir və mən də bu danışıqlarda iştirak edirəm. Növbəti mövsüm də "Liverpul"un baş məşqçisi olacağımı dilə gətirməyə əsasım var. Əvvəla, klubla aramızda müqavilə mövcuddur. Bundan başqa, müzakirələrimiz də belə düşünməyə əsas verir".
47 yaşlı Slot 2024-cü ildən indiki postundadır. Mersisayd təmsilçisi onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqanın qalibi olub.
36 oyuna 59 xal toplayan "Liverpul" hazırda çempionatın turnir cədvəlində 4-cü pillədə mövqe tutub.
Nihat