RU

İsrail İrana qarşı yeni addımlara hazırlaşır? - Katz AÇIQLADI

İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana qarşı fəaliyyətlərinin hələ başa çatmadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Katz verdiyi bəyanatda İsrailin İrandakı missiyasının tamamlanmadığını və yaxın vaxtlarda əlavə addımların atıla biləcəyini bildirib.

O qeyd edib ki, İsrail qarşıya qoyduğu məqsədlərə nail olmayacağı təqdirdə yenidən hərəkətə keçəcək.

Nazir mümkün əməliyyatların detalları barədə məlumat verməsə də, Tel-Əvivin təhlükəsizlik maraqları naminə fəaliyyətlərini davam etdirəcəyini vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
11
1
redaktor.az

2Источники