RU

ABŞ İsveçrə üçün "Patriot" qiymətini ikiqat artırdı və tədarükü təxirə saldı

İsveçrənin ABŞ istehsalı olan zenit-raket kompleksləri “Patriot” üçün əvvəlki müqavilə ilə müqayisədə iki dəfədən də çox ödəniş etməli ola biləcəyi bildirilir. Eyni zamanda sistemlərin tədarük müddətləri də yenidən uzadılıb və Vaşinqton hələlik dəqiq tarix açıqlamır. 

HİT.az xəbər verir ki, bu barədə “Tages-Anzeiger” nəşri məlumat yayıb.

2021-ci ildə İsveçrə 5 “Patriot” batareyası üçün təxminən 2,3 milyard İsveçrə frankı (o dövrdə təxminən 2,5 milyard ABŞ dolları) dəyərində müqavilə imzalamışdı. Lakin 2025-ci ildə ABŞ tərəfi sistemlərin 2026–2028-ci illər aralığında çatdırılmasının mümkün olmayacağını bildirib.

Bundan sonra İsveçrə hökuməti əvvəlcədən ödənilmiş 650 milyon frank avansın daha əvvəl sifariş edilən “F-35 Lightning II” qırıcılarının ödənişinə yönəldilməsini xahiş edib.

2026-cı ilin martında İsveçrə hökuməti “Patriot” sistemlərinin qiymətinin təxminən 50 faiz arta biləcəyini açıqlamışdı. Lakin yeni məlumatlara görə, müdafiə nazirliyi artıq daha ciddi artım gözləyir — 4,6 milyard İsveçrə frankı (təxminən 5,9 milyard dollar).

Beləliklə, İsveçrə frankı ilə qiymət demək olar ki, ikiqat artır, dollar ifadəsində isə 2,3 dəfədən çox yüksəlmiş olur.

Tədarük gecikmələri də ciddi problem olaraq qalır. Məlumata görə, gecikmə ən azı 5 il ola bilər. Əvvəl Şveytsariya 2030-cu illərin əvvəlində sistemləri almağı planlaşdırırdısa, indi bu tarix daha da uzana bilər.

Hazırkı vəziyyət fonunda İsveçrə hökuməti müqavilənin gələcək taleyini müzakirə etməyi planlaşdırır. Mümkün variantlar arasında alternativ hava hücumundan müdafiə sistemlərinin alınması da var. “Defense Express”in məlumatına görə, müdafiə nazirliyi artıq Fransa, Almaniya, İsrail və Cənubi Koreya şirkətlərindən təkliflər toplayır.

Eyni zamanda ekspertlər bildirirlər ki, ABŞ ilə hökumətlərarası müqavilə çərçivəsində imzalandığı üçün İsveçrənın Vaşinqtona qarşı sanksiya və ya cərimə tətbiq etməsi çətin görünür.

Qiymət artımı və gecikmələrin əsas səbəbləri kimi ABŞ-də “Patriot” raket ehtiyatlarının təxminən 50 faiz azalması və Vaşinqtonun xarici siyasət prioritetlərində dəyişikliklər göstərilir.

Samir

Избранный
35
hit.az

1Источники