RU

Tennisdə böyük qiyam! - daha çox qazanmaq istəyirlər

İtaliyalı Yannik Sinner, belaruslu Arina Sobolenko və amerikalı Kori Qauff builki Fransa Açıq Çempionatında mükafat məbləğindən narazı olan tennisçilər sırasına qoşulub. Bununla bağlı xəbəri AP yayıb.

“Rolan Qarros”un təşkilatçıları apreldə turnirin ümumi mükafat fondunun 72 milyon dollar olduğunu elan edib ki, bu da ötən illə müqayisədə 10 faiz artıqdı. Ancaq tennisçilərin turnirin gəlirlərindəki payı 15 faizdən də aşağıdı. Tennisçilər bir müddət əvvəl bu göstəricinin 22 faizə çatdırılmasını tələb edib.

Narazı tennisçilərin bəyanatında deyilir ki, “Rolan Qarros”un təşkilatçıları 2025-ci ildə 395 milyon avro qazanıb, bu da 2024-cü ildəki gəlirdən 14 faiz artıqdı. Bununla belə, 2025-də mükafat fondu 2024 ilə müqayisədə yalnız 5,4 faiz artırılıb, oyunçuların gəlirlərdə payı isə 14,3 faizə düşüb.
Dünyanın bir nömrəli qadın tennisçisi, belaruslu Arina Sobolenko bununla bağlı fikrini belə ifadə edib:
“Rəqəmləri və oyunçulara çatan payı görəndə, hiss edirəm ki, bizsiz belə turnir və tamaşa olmazdı. Mən turnirin gəlirlərindən daha çox qazanmağı haqq edirəm”.


28 yaşlı tennisçi təşkilatçılar onların fikrini nəzərə almayacağı təqdirdə turnirləri boykot etməyə də hazırdı:
“Çox ümid edirəm ki, bütün bu danışıqlar nəticəsində hansısa məqamda hər kəsi razı salan qərarın üstünə gələ biləcəyik. Hansısa məqamda boykot elan edəcəyik. Mənə elə gəlir ki, haqlarımız uğrunda mübarizə aparmağın yeganə yolu budu. Baxaq görək nə qədər uzağa gedə bilərik”.

Xatırladaq ki, bu il “Rolan Qarros” turniri mayın 24-ü – iyunun 7-si aralığında keçiriləcək. Fərdi yarışların qalibləri 2,8 milyon avro, cütlərin yarışlarının qalibləri 600 min avro, qarışıq yarışların qalibləri 122 min avro qazanacaq.
Избранный
56
1
football-plus.az

2Источники