RU

Kiyevdə matəm elan olundu

Ukraynanın paytaxtı Kiyevdə matəm elan olunub.


Manset.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Teleqram kanalında məlumat yayıb.

    “Sabah — 15 may Kiyevdə matəm günü elan olunur. Bu qərar düşmənin paytaxta həyata keçirdiyi ən kütləvi hücumun qurbanlarının xatirəsinə qəbul edilib”, — mer bildirib.

    Kliçkonun sözlərinə görə, sabah şəhərdə bayraqlar yarıyadək endiriləcək, əyləncəli tədbirlərin keçirilməsi qadağan olunub.

    Hazırda Kiyevin Darnitski rayonunda yaşayış binasında dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam edir.

    Son məlumata görə, hücum nəticəsində azı 7 nəfər ölüb.

    Избранный
    25
    7
    manset.az

    10Источники