RU

Kiyevdə ən azı 20 nəfər hələ də itkin düşmüş hesab olunur

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kiyev, 14 may, AZƏRTAC

Kiyevin Darnitsa rayonunda yaşayış binasının çökməsi nəticəsində ən azı 20 nəfər hələ də itkin düşmüş hesab olunur. Rusiyanın zərbə endirdiyi ərazidə xilasetmə əməliyyatı davam edir.

Bu barədə AZƏRTAC Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin “Telegram” kanalında yayılan məlumatına istinadla xəbər verir.

Darnitsa rayonunda dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb. Bununla da doqquzmərtəbəli binaya endirilən zərbə nəticəsində həlak olanların sayı beşə çatıb.

Gecə saatlarında Kiyevə edilən hücum nəticəsində 39 nəfər xəsarət alıb. Onların arasında bir uşaq da var. Daha 28 nəfəri sağ çıxarmaq mümkün olub.

Xatırladaq ki, gecə saatlarında Rusiya strateji aviasiya, ballistik raketlər və yüzlərlə pilotsuz uçuş aparatından istifadə edərək zərbələr endirib. Əsas zərbə yenidən Kiyevə dəyib və burada çoxmərtəbəli binanın bir bloku tamamilə dağılıb.

Gecə ərzində Rusiya tərəfi 56 raket və 675 pilotsuz uçuş aparatı buraxıb. Kiyev, Xarkov, Poltava və Odessa vilayətləri, eləcə də bir sıra digər bölgələr hücuma məruz qalıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hava hücumundan müdafiə sistemlərinin bu raket və pilotsuz uçuş aparatlarının 93 faizdən çoxunu vurduğunu bildirib, lakin Ukraynanın bu hücumlara cavab verəcəyini də vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
3
azertag.az

5Источники