2024-cü ilin yanvar ayında taxtdan çəkilən Danimarka kraliçası II Marqrete ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı kral sarayının mətbuat xidməti yayıb.
86 yaşlı sabiq monarx tibbi nəzarət və növbəti müayinələrdən keçmək üçün həftəsonunu Kopenhagendə yerləşən Milli Kral Xəstəxanasında keçirəcək.
Qeyd edək ki, II Marqrete 14 yanvar 2024-cü ildə 52 illik idarəçilikdən sonra oğlu X Frederikin xeyrinə taxt-tacdan imtina edib. O, təxminən 900 il ərzində könüllü şəkildə bu qərarı verən ilk Danimarka monarxı olub. İmtina qərarından sonra da Marqrete Ülyahəzrət titulunu özündə saxlayıb.