RU

Trampdan Çin lideri Si Cinpinə Ağ Ev dəvəti

Trampdan Çin lideri Si Cinpinə Ağ Ev dəvətiABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin 8,5 ildən sonra ilk dəfə görüş keçiriblər. İki saat davam edən ikitərəfli görüşdən sonra liderlər birlikdə şam yeməyinə qatılıblar və mətbuata açıqlamalar veriblər.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Donald Tramp görüş zamanı "Çinlə birlikdə sülhü bərqərar edək" mesajını verib. Xi Jinping isə bildirib ki, "Bu gün Tramp ilə geniş və dərin fikir mübadiləsi apardım. Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır".

Tramp həmçinin Çin liderini 24 sentyabr tarixində Ağ Evə dəvət etdiyini açıqlayıb. Görüş beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Избранный
26
sonxeber.az

1Источники