RU

 Avropa çempionatında gümüş medal qazandı

Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici final görüşündə ukraynalı Olena Kolubay ilə qarşılaşıb. Görüş rəqibin 10:0 hesablı qələbəsi ilə başa çatdığı üçün idmançımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, qitə birinciliyinə mayın 17-də yekun vurulacaq.

Избранный
25
6
bakivaxti.az

7Источники