RU

Yaponiya Rusiyaya doğru addım atmalıdır -Zaxarova

Rəsmi Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bildirib ki, məhz Yaponiya Rusiyaya doğru addım atmalıdır.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"2022-ci ilin fevralından etibarən Tokio, müstəsna olaraq Qərblə həmrəylik nümayiş etdirərək ölkəmizə qarşı düşmənçilik xarakterli sanksiya xətti yürütməyə başlayıb və bu siyasəti bu gün də davam etdirir. Məhz buna görə də, belə bir siyasətə yenidən baxılması üçün ilk addımı Yaponiyanın özü atmalıdır", - deyə diplomat vurğulayıb.

Zaxarovanın sözlərinə görə, bu, Moskvannın dəyişməz mövqeyidir və "diplomatik, eləcə də digər kanallar vasitəsilə dəfələrlə Yaponiya nümayəndələrinin diqqətinə çatdırılıb".

Xədicə BAXIŞLI

Избранный
3
1
redaktor.az

2Источники