RU

KOBİA sahibkarları regionlarda maarifləndirəcək  

KOBİA-nın təşkilatçılığı ilə cari ilin yanvar-mart aylarında keçirilmiş sahəvi görüşlərdə 700-ə yaxın sahibkar iştirak edib. Görüşlər Sabirabad, Gədəbəy, Füzuli, Yardımlı və Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunu da əhatə edəcək. Tədbirlərdə sahibkarlıqla bağlı dövlət dəstəyi mexanizmləri, arıçılıq və bal məhsullarının satışı, ekoturizm, gənclərin biznesə cəlb olunması, işğaldan azad edilmiş ərazilərdə ticarət imkanları, orqanik məhsulların emalı və satışı kimi mövzular müzakirə olunacaq.

Onlayn və oflayn formatda keçiriləcək görüşlərdə KOBİA və aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarları maraqlandıran sualları cavablandıracaq və yeniliklər barədə məlumat verəcəklər.

Qeyd edək ki, KOBİA 2026-cı ilin yanvar-mart aylarında ölkə üzrə 26 sahəvi görüş keçirərək 700-ə yaxın sahibkarı əhatə edib. 

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Избранный
28
azerbaijan-news.az

1Источники