Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Britaniyalı tədqiqatçılar sosial təcrid və tənhalığın ürək-damar xəstəlikləri riskini ciddi şəkildə artırdığını müəyyən ediblər.
Redaktor.az bu haqda "The Guardian" nəşrinə istinadla məlumat verir.
Alimlərin fikrincə, xroniki tənhalıq orqanizmdə stres hormonu olan kortizolun səviyyəsini daim yüksək saxlayır ki, bu da damarların iltihabına və qan laxtalanmasına şərait yaradır. Tədqiqat göstərir ki, güclü sosial əlaqələri olmayan şəxslərdə insult və infarkt riski siqaret çəkənlərlə müqayisə edilə biləcək səviyyədədir. Mütəxəssislər emosional rifahın fiziki sağlamlıq qədər vacib olduğunu vurğulayırlar.
Xədicə BAXIŞLI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.