RU

“Real”ın futbolçusu Avropa klublarının gündəmində

Federiko Valverdenin “Real”dakı gələcəyi yenidən gündəmə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Orelyen Tçuameni ilə yaşadığı insidentdən sonra uruqvaylı yarımmüdafiəçi Avropa nəhənglərinin maraq dairəsinə düşüb. “Mançester Yunayted”, PSJ və “Mançester Siti” futbolçunun durumunu izləyir.

Buna baxmayaraq, Valverdenin “Real”dan ayrılmaq fikrində olmadığı bildirilir. Hazırda zədəsini bərpa edən futbolçu bu mövsüm 48 oyunda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
113
idmanxeber.az

1Источники