RU

Azərbaycan təmsilçisi "Avroviziya-2026"nın ikinci yarımfinalında çıxış edib

BAKI, 15 may. TELEQRAF

Azərbaycanı “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edən JIVA (Cəmilə Həşimova) ifa etdiyi “Just Go” mahnısı ilə müsabiqənin ikinci yarımfinalında çıxış edib.

Teleqraf xəbər verir ki, JIVA 2 nömrə altında səhnəyə çıxıb.

Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan iştirakçılar tamaşaçı səsverməsi nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, ikinci yarımfinalda 15 ölkə təmsilçisi,Bolqarıstan, Çexiya, Lüksemburq, Rumıniya, İsveçrə, Albaniya, Avstraliya, Kipr, Danimarka, Latviya, Malta, Norveç, Ukrayna, Ermənistan və Azərbaycan iştirak edir.

Xatırladaq ki, müsabiqənin final isə mayın 16-da baş tutacaq.

Избранный
102
teleqraf.com

1Источники