Ukraynalı uşaqlardan ibarət daha bir qrup reabilitasiya proqramı çərçivəsində Bakıya gətirilib.Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev “X” sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, 18 ukraynalı uşaq Azərbaycanda tibbi-psixoloji dəstək və reabilitasiya proqramına cəlb olunacaq.
Səfirin sözlərinə görə, 2022-ci ildən indiyədək ümumilikdə 594 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa proqramlarından yararlanıb.
O, göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.