RU

MKİ rəhbəri Kubaya səfər edərək Trampın şərtini açıqlayıb

BAKI, 15 may. TELEQRAF

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Kubaya səfər edərək Prezident Donald Trampın mesajını Havana rəhbərliyinə çatdırıb.

Teleqraf xəbər verir ki, ABŞ Kubayla iqtisadi və təhlükəsizlik məsələlərində yalnız “əsaslı dəyişikliklər” ediləcəyi təqdirdə ciddi əməkdaşlığa hazır olacaq.

“Röyters” agentliyinin məlumatına görə, bu, 1953-cü il Kuba inqilabından sonra MKİ direktorunun adaya ilk səfəri hesab olunur.

Məlumata əsasən, Con Retkliff Kubanın daxili işlər naziri Lasaro Alvares Kasas, xüsusi xidmət orqanlarının rəhbəri və Raulito Rodriqes Kastro ilə görüş keçirib.

Tərəflərin görüşündə təhlükəsizlik əməkdaşlığı, iqtisadi sabitlik və kəşfiyyat məlumatlarının mübadiləsi müzakirə olunub.

Kubanın rəsmi nümayəndələri isə ölkələrinin ABŞ milli təhlükəsizliyi üçün təhdid yaratmadığını bildirərək hüquq-mühafizə orqanları arasında əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər.

Qeyd edək ki, Donald Tramp administrasiyası son aylarda Kubaya təzyiqi artıraraq adaya yanacaq tədarük edən ölkələrə sanksiya hədələri irəli sürüb. Bu səbəbdən Kubada ciddi yanacaq böhranı və genişmiqyaslı elektrik kəsintiləri yaşanır.

Kubanın energetika naziri ölkədə dizel və mazut ehtiyatlarının tükəndiyini, enerji sisteminin isə “kritik vəziyyətə” düşdüyünü açıqlayıb.

Избранный
115
teleqraf.com

1Источники