Bakı, 15 may, AZƏRTAC
Estoniya hökuməti Hörmüz boğazına hərbi heyət göndərilməsi imkanını nəzərdən keçirir. Müzakirə olunan variantlar arasında qərargah zabitləri, sualtı robot qrupları və minaaxtaran gəminin göndərilməsi yer alır.
AZƏRTAC xəbər verir ki, bu barədə ERR nəşri müdafiə naziri Hanno Pevkurun açıqlamasına istinadla məlumat yayıb.
Nazirin sözlərinə görə, hazırda variantların maliyyə dəyəri və müttəfiqlərin ehtiyacları qiymətləndirilir. Gəmi heyəti seçilərsə, missiyada 40-60 nəfərin iştirakı mümkün ola bilər.
Məlumata görə, Fransa və Böyük Britaniyanın təşəbbüsü olan missiyanın hərbi münaqişə başa çatdıqdan sonra rotasiya əsasında həyata keçirilməsi planlaşdırılır.