RU

Bu körpüdən eyni anda 4 ölkəni görə bilərsiniz Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Afrikada yerləşən Kazunqula körpüsü dünyada eyni anda dörd ölkənin sərhədini görməyin mümkün olduğu nadir məkanlardan biri kimi diqqət çəkir.

“Qafqazinfo” xəbər verir ki, Zambiya ilə Botsvananı birləşdirən körpü həm də Namibiya və Zimbabve sərhədlərinə yaxın yerləşməsi ilə turistlərin maraq mərkəzinə çevrilib.

923 metr uzunluğunda olan körpü 2021-ci ildə istifadəyə verilib və bölgənin nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə dəyişib. Əvvəllər bərələrlə həyata keçirilən keçidlər yeni layihə sayəsində daha sürətli və rahat hala gəlib.

Kazunqula körpüsü ziyarətçilərə saniyələr ərzində bir neçə ölkənin sərhədini müşahidə etmək imkanı yaradır. Bu xüsusiyyət xüsusilə beynəlxalq səyahət həvəskarlarının diqqətini çəkir. Yeni marşrut sayəsində Çobe Milli Parkı və Viktoriya şəlaləsi kimi məşhur turizm nöqtələrinə keçid müddəti də xeyli azalıb.

Turizm mütəxəssisləri isə bölgəyə səyahət planlaşdıranlara əvvəlcədən hazırlıqlı olmağı tövsiyə edir. Bildirilir ki, qısa məsafədə bir neçə ölkənin sərhəd və viza prosedurları tətbiq olunduğu üçün turistlərin marşrutu öncədən dəqiqləşdirməsi vacibdir.

Qeyd edək ki, Avropada da bir neçə ölkənin sərhədinin birləşdiyi nöqtələr mövcuddur. Bunlara Drilandenpunt və Troymedzye daxildir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
50
qafqazinfo.az

1Источники