RU

ABŞ hələ də Dünya Kuboku öncəsi İran futbolçularına viza verməyib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 15 may, AZƏRTAC

İran milli futbol komandası hələ də Dünya Kubokunda iştirak üçün ABŞ vizası almayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac açıqlama verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı cümə və ya şənbə günü FIFA ilə danışıqlar aparılacaq.

“Viza məsələsi hələ də həll olunmadığı üçün bizə zəmanət verilməlidir”, - deyə Mehdi Tac bildirib.

Futbol üzrə Dünya Kuboku 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran yığması qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq. Bu oyunlar ABŞ-da baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
3
azertag.az

4Источники