RU

Şair Yusif Həsənbəy dünyasını dəyişdi

Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəy bu gün vəfat edib.

 

Senzor.az bildirir ki, bu barədə KİV-ə Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

 

Qeyd edək ki, Yusif Həsənbəy xərçəng xəstəliyindən əziyyət çəkirdi. Şair ötən gün "Məlhəm Hospitalı"ndan Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

 

Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Azərbaycanın Quba şəhərində anadan olub.

 

Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" axşam qəzetində ədəbi işçi, tərcüməçi olub. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil alıb.

 

1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədri idi.

 

Allah rəhmət eləsin!

Избранный
21
16
senzor.az

10Источники