Mayın 14-nə keçən gecə Rusiyanın Kiyevə hava hücumu nəticəsində üçü uşaq olmaqla 24 nəfər həlak olub.
Bakıvaxtı.az bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin açıqlamasına istinadla xəbər verir.
Məlumata görə, xilasedicilər Darnitski rayonundakı hündürmərtəbəli binanın dağıntılarını təmizləməyə davam edirlər.
20 nəfər hələ də itkin hesab edilir. Kiyevə hava zərbələri tammiqyaslı müharibənin ən böyük hücumlarından biri olub.
13-14 may tarixlərində Rusiya genişmiqyaslı birləşmiş hava hücumu həyata keçirib, 1567 dron və 56 raket atıb. Dronların 94 faizi və raketlərin 73 faizi vurulub. Hərbi Hava Qüvvələri Rusiyanın bütün hava hücum silahlarından istifadə etdiyini qeyd edib.