RU

Alimlər dünya çempionatı ilə bağlı FIFA-ya açıq məktub yazdılar

İyunun 11-də start götürəcək və böyük hissəsi ABŞ-də təşkil olunacaq futbol üzrə dünya çempionatında iştirak edəcək oyunçular ciddi sağlamlıq təhlükəsi ilə üz-üzə qala bilərlər.
 
Moderator.az "Kommersant"a istinadən xəbər verir ki, tibb, iqlim və idman sahəsini təmsil edən iyirmidən çox tanınmış mütəxəssis bu barədə xəbərdarlıq edib.
 
Qeyd olunub ki, FIFA-ya ünvanlanan açıq məktubda ekspertlər isti hava şəraitində yarışan idmançıların sağlamlığının qorunması istiqamətində tətbiq edilən tədbirləri yetərsiz adlandırıb və onların yenidən nəzərdən keçirilməsinə çağırıblar. Mütəxəssislərdən ibarət nüfuzlu alimlər qrupu FIFA-ya müraciət edərək, ekstremal iqlim şəraitində çıxış edən idmançıların səhhətinin qorunması siyasətinə təcili olaraq yenidən baxılmasını tələb ediblər.
 
Alimləri, xüsusilə ABŞ və Meksikadakı matçlar narahat edir. Onların ehtimalına görə, yarışın keçiriləcəyi 16 stadiondan 14-də havanın temperaturu təhlükəli həddi əhəmiyyətli dərəcədə aşa bilər.
 
Məktubda vurğulanır ki, ABŞ-nin cənub və Meksikanın şimal bölgələrində iyun və iyul aylarında orta gündəlik temperatur adətən 30-35°C arasında dəyişir və bəzən 40°C-yə qədər yüksəlir. Bu, peşəkar futbolçuların meydanda mübarizə aparması üçün heç də uyğun şərait hesab edilmir.
 
Arzuolunmaz nəticələrin qarşısını almaq üçün alimlər bir sıra tədbirlərin tətbiqini, xüsusən də iki mühüm addımı təklif edirlər. Birinci addım: WBGT (istilik şüalanması nəzərə alınmaqla rütubət göstəricisi) 28°C-ni keçdikdə matçları axşam saatlarına təxirə salmaq, bu variant mümkün olmadıqda isə başqa günə keçirmək.
 
İkinci addım: hər hissə ərzində oyunçuların sərinləməsi üçün nəzərdə tutulan fasilələri mövcud qaydalardakı üç dəqiqədən altı dəqiqəyə qədər uzatmaq. Əlavə olaraq qeyd edilir ki, hakimlərin də qayğısına qalmaq lazımdır, çünki onlar adətən oyunçulardan xeyli yaşlı olurlar və onların üzərinə daha böyük fiziki yük düşür.
 
Избранный
19
1
moderator.az

2Источники