RU

MPL: "Karvan Yevlax" "Qəbələ"yə, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı

Bu gün Misli Premyer Liqasında XXXII tur start götürəcək.

Fanat.Az xəbər verir ki, sonuncudan əvvəlki turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Karvan Yevlax" doğma meydanda "Qəbələ"ni qəbul edəcək. Autsayderlər mövqeyində qərarlaşan komandalar arasında keçiriləcək və saat 17:00-da başlayacaq qarşılaşmanı Əli Əliyev idarə edəcək.

Günün son oyununda isə "Kəpəz" ilə "Araz-Naxçıvan" üz-üzə gələcək. Sumqayıtda təşkil olunacaq görüşdə Rəşad Əhmədovun başçılıq edəcəyi hakimlər briqadası iş başında olacaq.

Turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək.

Misli Premyer Liqası
27-ci tur
15 may

17:00. "Karvan Yevlax" – "Qəbələ"
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli.
VAR: Rauf Cabarov, Cəmil Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yevlax. Şəhər stadionu.

19:30. "Araz-Naxçıvan" – "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əkbər Əhmədov, Tural Qurbanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Sumqayıt. "SOCAR Polymer Arena".

Избранный
4
1
fanat.az

2Источники