RU

Bakıdakı Avropa Günündən Ukraynaya dəstək mesajı FOTOLAR

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Avropa Günü qeyd olunub.

Gununsesi.info-nun xəbərinə görə, Aİ üzvü və digər ölkələrin diplomatlarının, Azərbaycan hökuməti təmsilçisinin, parlament üzvlərinin, siyasi partiya liderlərinin, media və vətəndaş

cəmiyyəti təmsilçilərinin qatıldığı tədbiri səfir Xanım Marijana Kujundçiç açıb.

Səfir çıxışında deyib ki, bu gün Şuman Bəyannaməsi ilə Avropa İttifaqının təməli qoyulan gündən Avropada yetmiş ildən çox davam edən sülh, sabitlik və rifahı qeyd edilir:

“Lakin Avropa Günü yalnız keçmiş nailiyyətlərimizi qeyd etməklə məhdudlaşmır.

Qaydalara əsaslanan beynəlxalq nizamın ciddi çətinliklərlə üzləşdiyi bir vaxtda, biz dünyada sülh, təhlükəsizlik və rifahın təmininə etibarlı tərəfdaş olmaq öhdəliyimizə sadiqik.

Təəssüf ki, Ukrayna özünü Rusiyanın qanunsuz təcavüzünə qarşı cəsarətlə müdafiə etdiyi bir vaxtda Avropa sərhədlərində müharibə davam edir. Lakin Rusiya uduzur. O, iqtisadi, demoqrafik və təhlükəsizlik baxımından səbəbsiz və ədalətsiz təcavüzkar müharibəsinin bədəlini getdikcə daha çox ödəyir.

Avropa İttifaqı Ukraynanın öz suverenliyinin, azadlıq və ərazi bütövlüyünün müdafiəsində onu qətiyyətlə dəstəkləyir”.

Aİ səfiri Ukraynaya göstərdiyi səxavətli humanitar yardıma görə Azərbaycana da təşəkkür edib.

“Avropanı qorumaq həm də sərhədlərimizdən kənarda sülh, sabitlik və beynəlxalq hüququ dəstəkləmək deməkdir. Məhz buna görə də Aİ təhlükəsizliyimiz baxımından Cənubi Qafqazda [sa]bitliyi və onun çiçəklənməsini vacib hesab edir. Hər iki tərəfin gələcəyi bir-birinə bağlıdır.

Buna görə də, biz Azərbaycan və Ermənistan arasındakı sülh prosesini, o cümlədən nəqliyyat infrastrukturunun inkişafı və minaların təmizlənməsi təşəbbüsləri vasitəsilə dəsdəkləməyə davam edəcəyik ki, bu sahələrdə də Aİ artıq böyük donordur”.

Səfir bildirib ki, İranın Azərbaycana son hücumundan sonra Aİ Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini bildirdi:”Naxçıvana qarşı qəbuledilməz hücumdan qısa müddət sonra Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta Bakıya səfər edərək Azərbaycan və onun xalqı ilə tam həmrəy olduğunu bildirdi. Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas isə hücumdan dərhal sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında həmrəy olduqlarını vurğuladı və qətiyyətli mesaj verdi”.

Pərviz

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
icma.az

1Источники