RU

Ukrayna Rusiyanın bu vilayətini vurdu: ölənlər var - VİDEO

Ukrayna PUA-larla Rusiyanın Ryazan vilayətinə zərbələr endirib.

Turkustan.az xəbər verir ki, bu barədə Ryazan vilayətinin qubernatoru Pavel Malkov məlumat verib.

O bildirib ki, hücum nəticəsində 3 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Yaralananlar arasında uşaqların da olduğu bildirilir.

Hücum nəticəsində iki çoxmənzilli yaşayış binasına ziyan dəyib.

Yerli hakimiyyət orqanları sakinlərin təxliyəsini təşkil edib. /axar.az/

Избранный
11
1
turkustan.az

2Источники