RU

Həcc ziyarəti proqramı açıqlandı

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvar qruplarının ziyarət proqramı məlum olub.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, zəvvarlar ilk olaraq Bakıdan uçan təyyarə ilə Ciddə şəhərinə düşəcəklər. Orada onları Azərbaycan Həcc Missiyasının zəvvarları qarşılamaq üçün təhkim olunmuş üzvləri və Səudiyyədəki səfirliyimizin əməkdaşları qarşılayacaqlar, daha sonra onları avtobuslarla Cöhfə miqatına yola salacaqlar.

"Miqat Məkkədən müəyyən məsafədə Cöhfə adlı ərazidə yerləşən, ehram bağlanılan məsciddir. Ehrama girmək – miqatda ehram paltarını geyinərək niyyət etmək, təlbiyə adlanan müəyyən sözləri demək və 20-ə yaxın qadağan edilmiş şərtlərdən uzaq durmağa deyilir. Buna saç kəsmək, dırnaq kəsmək, zinətlənmək, ov ovlamaq, dava-dalaş etmək, bədəndən qan çıxartmaq, tük qopartmaq və. kimi 20-ə yaxın şərtlər daxildir", - o vurğulayıb.

V. Cahangirinin sözlərinə görə, zəvvarlar Cöhfə miqatında ehrama girdikdən sonra şam namazlarını qılıb Məkkə şəhərinə yollanacaqlar.

Избранный
34
3
publika.az

5Источники