RU

Trampın Çin ABŞ neftini almağa razılaşıb açıqlamasından sonra neft daha da bahalaşıb

ain.az, Marja.az portalına istinadən məlumat yayır.

Neft qiymətləri cümə günü yüksəlib. Buna səbəb ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpin (Xi Jinping) ilə danışıqlardan sonra Çinin ABŞ-dan neft almağa razılaşdığını bildirməsi olub.ə

Marja xəbər veri ki, Brent nefti üzrə iyul fyuçersləri 1,49% artaraq bir bareli 107,30 dollara çatıb. ABŞ xam nefti (West Texas Intermediate) üzrə iyun fyuçersləri isə 1,55% yüksələrək bir barel üçün 102,74 dollar olub.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tramp, Si ilə görüşündən sonra "Fox News" kanalına müsahibəsində deyib:

“Onlar ABŞ-dan neft almaq istədiklərini qəbul etdilər, Texasa gedəcəklər. Çin gəmilərini Texas, Luiziana və Alaskaya göndərməyə başlayacağıq”.

Çin hələlik enerji alışını rəsmi şəkildə təsdiqləməyib. 

Qiymət artımı həmçinin iki prezidentin Hörmüz boğazının açıq qalmasının vacibliyi barədə razılığa gəlməsindən sonra baş verib.

Ağ Evin rəsmisinin cümə axşamı yaydığı açıqlamaya görə, Si həmçinin Çinin boğazın hərbiləşdirilməsinə və onun istifadəsinə görə rüsum tətbiq olunmasına qarşı olduğunu açıq şəkildə bildirib.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
1
marja.az

2Источники