“Qalatasaray” yay transfer pəncərəsində növbəti böyük keçidini reallaşdırmağa çalışır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Tottenhem”in niderlandlı ulduzu Xavi Simons ilə maraqlanır.
Türkiyə mətbuatının məlumatına görə, “sarı-qırmızılılar” hücum xəttini gücləndirmək üçün 22 yaşlı futbolçunun transferi istiqamətində ciddi addımlar atır.