RU

Nəhəngin müdafiəsi: "Abraham Lincoln" "kor" qalaraq təhlükələri necə aşkar edir?

ABŞ Hərbi Dəniz Qüvvələri düşmən sularında ən bahalı hərbi aktivlərini qorumaq üçün xüsusi strategiyadan istifadə edir...

Poliqon WION nəşrinə istinadən xəbər verir ki, "USS Abraham Lincoln" aviadaşıyıcısı öz yerini ifşa etməmək üçün aktiv sonar sistemlərini bilərəkdən söndürərək faktiki olaraq özünü “kor” vəziyyətinə salır.

104 min tonluq nəhəng aviadaşıyıcı böyük hədəf hesab olunduğundan onun müdafiəsi üçün ciddi EMCON (Emission Control – siqnal emissiyasına nəzarət) protokolu tətbiq edilir. Məlumata görə, bu rejim müşayiət edən bütün gəmilərə aktiv sonar impulslarını dayandırmağı əmr edir. Nəticədə zərbə qrupu tamamilə səssiz, passiv akustik sensorlara güvənmək məcburiyyətində qalır.

Dəyəri 6,27 milyard dollar olan hərbi gəminin təhlükəsizliyi hazırda "Arleigh Burke" sinifli esmineslər tərəfindən yaradılan 300 millik akustik müdafiə qalxanından asılıdır. Bu gəmilərin uzunluğu 2 min metrə çatan xüsusi yedəkli akustik sistemlərdən istifadə etdiyi bildirilir.

"Bu sistemlər flaqman gəmisinə yaxınlaşmağa çalışan dizel-elektrik sualtı qayıqlarının aşağı tezlikli səslərini passiv şəkildə qeydə alır", deyə materialda qeyd olunur.

Əlavə olaraq səmada "MH-60R Seahawk" helikopterləri patrul həyata keçirir. Onlar səssiz kəşfiyyat məlumatı toplamaq üçün 25-ə qədər passiv sonoboy — yəni suda üzən akustik mikrofon yerləşdirə bilir.

Nəşrin analitiklərinin fikrincə, əsas çətinlik Ərəb dənizindəki güclü mülki gəmi səslərini ayırd etməkdir. Lakin müasir sistemlər bu səs-küyün demək olar ki, 100 faizini filtrdən keçirərək düşmən mühərriklərinin səslərini müəyyən etməyə imkan verir.

Müdafiənin son xətti isə "SLQ-25A Nixie" sistemi hesab olunur. Bu tələ sistemi torpedaların diqqətini aviadaşıyıcıdan yayındırmaq üçün daha güclü və tamamilə saxta akustik siqnal yaradır.

Poliqon.info

Избранный
29
poliqon.info

1Источники