RU

Avropanın mənzərəli bölgəsi yerin dərinliyində qorxunc güc gizlədir - Alimlər

İtaliyanın mərkəzində yerləşən Toskana bölgəsi üzüm bağları, zəngin mətbəxi və orta əsr şəhərləri ilə tanınır. Lakin EcoNews nəşrinin yazdığına görə, bu sakit və mənzərəli bölgənin yaşıl təpələrinin altında təxminən 6 min kubkilometr həcmində nəhəng isti maqma rezervi yerləşir...

Poliqon xəbər verir ki, miqyas baxımından bu geoloji quruluş ABŞ-dəki məşhur Yellouston kalderasının altındakı maqmatik sistemlə müqayisə olunur. Bununla belə, tədqiqatçılar bildirirlər ki, bu kəşf Toskananın yaxın zamanda aktiv supervulkana çevriləcəyi anlamına gəlmir.

İsveçrə və İtaliyadan olan alimlər qrupu Toskanadakı Larderello və Monte Amiata geotermal zonalarının altında nəhəng isti və qismən ərimiş süxur sahəsi aşkar edib. Maqma təxminən 8-14 kilometr dərinlikdə yerləşir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, ən böyük sürpriz yalnız rezervuarın ölçüsü deyil, həm də onun nə qədər yaxşı gizlənmiş olmasıdır. Alimlərin sözlərinə görə, araşdırma göstərir ki, səthdə açıq vulkan kraterləri olmasa belə, yerin altında böyük həcmdə ərimiş süxurlar mövcud ola bilər.

"Giant maqma dənizi" ilə bağlı sensasion başlıqlara baxmayaraq, mütəxəssislər vəziyyəti dramatikləşdirməməyi tövsiyə edirlər. Məqalədə vurğulanır ki, maqmanın böyük hissəsi heç vaxt yer səthinə çıxmır və çox vaxt illərlə, hətta minilliklərlə yerin dərinliklərində soyuyur.

Tədqiqatçılar əlavə edirlər ki, iri maqmatik sistemlər adətən maye lava gölləri deyil. Əksər hallarda onlar kristallar və qismən ərimiş maddədən ibarət "maqmatik sıyıq" formasında olur və bu qarışıq səthə sürətlə hərəkət edə bilmir.

"Tədqiqat olunan sistem hazırda təhlükə yaratmır", deyə alimlər bildiriblər və bunu maqmanın böyük dərinlikdə yerləşməsi ilə izah ediblər.

Poliqon.info

Избранный
42
poliqon.info

1Источники