RU

Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar "AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) xüsusi iş rejimi tətbiq olunacaq.

Moderator.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Bildirilib ki, tədbir günlərində sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişiklik ediləcək.

Mayın 17-də qatarlar şənbə qrafiki ilə hərəkət edəcək:

"28 May" - "Əhmədli" və əks istiqamətdə interval 2 dəqiqə 30 saniyə olacaq.

Sessiyanın digər günlərində isə metro ən sıx iş günü rejimində fəaliyyət göstərəcək:

"28 May" - "Əhmədli" sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.

"Bənövşəyi xət"də, həmçinin "Əhmədli" - "Həzi Aslanov" və "Cəfər Cabbarlı" - "Xətai" məkik hərəkət mənzillərində qrafik olduğu kimi qalacaq. Sərnişin sıxlığının operativ tənzimlənməsi üçün ehtiyat qatarlar da hazır saxlanılacaq.

WUF13 günlərində, həmçinin Bakı metropoliteninin 9 stansiyasında 56 könüllü sərnişinlərə və tədbir iştirakçılarına dəstək olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
41
moderator.az

10Источники