RU

Ruslar pravoslav-xristianlıqdan imtina edir

Yazını böyüt
Yazını kiçilt

Son 15 ildə Rusiyada özünü pravoslav hesab edən insanların faizi əhəmiyyətli dərəcədə azalıb. Pravoslav Müqəddəs Tixon Humanitar Elmlər Universitetinin apardığı araşdırmaya görə, bu gün rusların 65 faizi özünü pravoslav hesab edir. Hansı ki, 2011-ci ildə bu rəqəm 78 faiz idi.

Hafta.az yazır ki, beləliklə, ölkədə pravoslav kimliyinə bağlılıq təxminən 1,2 dəfə azalıb. Tədqiqat 2026-cı ilin fevral-mart ayları arasında 1501 yetkin şəxslə aparılıb.

“Vedomosti”nin məlumatına görə, əhalinin 16 faizi heç bir dinə mənsub olmadığını, 6 faizi isə özünü ateist kimi təqdim edib.

İştirakçıların doqquz faizi İslam inancına mənsub olduqlarını bildirib.

Mütəxəssislər qeyd edirlər ki, xüsusilə gənc nəsillər arasında din indi daha çox mədəni kimliyin bir hissəsi kimi qəbul edilir.

Tədqiqatçı Yelena Prutskovanın sözlərinə görə, cəmiyyət iki fərqli tendensiya nümayiş etdirir. Bəziləri dini həyatda fəal iştirak edərkən, digərləri pravoslavlığı daha çox etnik və mədəni mənsubiyyət kimi görürlər.

Məlumatlar dini ayinlərdəki dəyişiklikləri ortaya çıxarıb:

Pravoslav kimi özünü təqdim edənlərin 32 faizi heç vaxt dini mərasimlərdə iştirak etmədiklərini bildirib. Mütəmadi olaraq kilsəyə gedənlərin faizi pandemiya dövrü ilə müqayisədə azalıb. 2020-ci ildə pravoslav xristianların 38 faizi ildə bir neçə dəfə və ya daha tez-tez kilsəyə getdiklərini bildiribsə, bu gün bu rəqəm 33 faizə düşüb.

Избранный
25
hafta.az

1Источники