RU

17 maydan metro yeni iş rejimində işləyəcək

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

“Bakı Metropoliteni” QSC mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Bakı metropoliteni məlumat yayıb.

Məlumata görə, tədbirin ilk günü - mayın 17-si qeyri-iş gününə təsadüf etsə də, qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təmin olunacaq.

Həmin gün “28 May-Əhmədli” və əks istiqamətdə interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Sessiyanın digər günlərində isə qatarlar ənənəvi iş günü qrafikinə uyğun, texniki cəhətdən mümkün olan ən sıx hərəkət rejimində fəaliyyət göstərəcək.

“28 May-Əhmədli” sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.

Bənövşəyi xətdə, həmçinin “Əhmədli–Həzi Aslanov” və “Cəfər Cabbarlı-Xətai” məkik hərəkət mənzillərində qrafik dəyişdirilməyəcək.

Bundan əlavə, sərnişin sıxlığının operativ tənzimlənməsi məqsədilə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
20
yeniavaz.com

10Источники