RU

WUF13 üçün təşkil olunan müvəqqəti xüsusi hərəkət zolaqları qüvvəyə minib

Paytaxtda Ümumdünya Şəhərsalma Forumu - WUF13-lə əlaqədar təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları bu gündən qüvvəyə minib.

Day.Az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.

Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti - Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.

 

Qanunvericiliyə əsasən, bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.

Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcəklər.

Избранный
17
36
day.az

10Источники