RU

Rodriqonun keçmiş sevgilisi "Şaxtyor"un oyunçusundan hamilədir - FOTO

27 yaşlı braziliyalı influenser Bruna Rotta və Donetsk "Şaxtyor"unun futbolçusu Kaua Elias ilk övladlarını gözlədiklərini açıqlayıblar.
 
Moderator.az xəbər verir ki, cütlük bu xəbəri sosial mediada paylaşıb.

Cütlük bir neçə ay əvvəl münasibətlərini rəsmi olaraq təsdiqləyib.

Rotta şöhrəti əsasən "Real"ın ulduzu Rodriqo ilə keçmiş münasibətləri sayəsində qazanıb. Onlar təxminən bir il, 2024-cü ilin sentyabr ayından başlayaraq görüşüblər və bu müddət ərzində Rotta İspaniyada yaşayıb.

Rodriqo ilə ayrıldıqdan dərhal sonra o, "Latsio"nun müdafiəçisi Nuno Tavareşlə görüşüb.

Избранный
2
1
moderator.az

2Источники