ABŞ prezidenti Donald Trump bildirib ki, Tehran Vaşinqtonla ikitərəfli müqavilə bağlamaqdan imtina edərsə, Iran məhv ola bilər.
Doğru.az xəbər verir ki, bu barədə o, Fox News telekanalına müsahibəsində danışıb. Tramp qeyd edib ki, Tehran Vaşinqtonla razılığa gəlməli və saziş əldə etməlidir.
ABŞ liderinin sözlərinə görə, əks halda dövlət məhv ola bilər, lakin o, belə ssenarinin baş verməsini istəmədiyini vurğulayıb. Tramp daha əvvəl İranın nüvə obyektlərinə yeni zərbələr endirilə biləcəyini də bildirmişdi.
DOĞRU.AZ