RU

Azərbaycanlı zəvvarların Həcc proqramı açıqlanıb

Azərbaycanlı

Raxshanda

Müəllif

Raxshanda

Zəvvarlar Məkkədə Ümreyi-Təməttö əməllərini yerinə yetirəcəklər.Azərbaycandan Həcc ziyarətinə yollanan zəvvarların ziyarət proqramı məlum olub.Ulusum.az xəbər verir ki, bu barədə teleqraf.az-a QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.Bildirilib ki, zəvvarlar əvvəlcə Ciddəyə enəcək, daha sonra Cöhfə miqatında ehrama girərək Məkkəyə yola düşəcəklər.Onlar Məkkədə hotellərə yerləşdirildikdən sonra xüsusi avtobuslarla Hərəmə aparılacaqlar.Zəvvarlar burada Kəbə ətrafında təvaf edib, Səfa və Mərvə arasında səy edərək Ümreyi-Təməttö əməllərini yerinə yetirəcəklər.Mənbəyə görə, bütün mərasimlər Azərbaycan Həcc Missiyasının müşayiəti ilə həyata keçiriləcək.

Diqqət Çəkənlər

"Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - VİDEO

Bu ərazilərdə işıq olmayacaq

Ryazanda PUA hücumu: 3 ölü, 12 yaralı

Избранный
66
ulusum.az

1Источники