RU

Arbelao ilə Mbappe arasında nə baş verib?

“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 36-cı turunda “Real Ovyedo” üzərində 2:0 hesablı qələbədən sonra komandadakı statusu barədə danışıb.

Publika.az xəbər verir ki, 69-cu dəqiqədə meydana daxil olan fransalı forvard bildirib ki, oyuna start heyətində çıxmağa hazır olub, lakin baş məşqçi Alvaro Arbeloa ona hazırda komandanın dördüncü hücumçusu olduğunu deyib:

“Mən start heyətində oynamağa hazır idim, amma Arbeloa mənə dedi ki, hazırda dördüncü hücumçuyam. Problem deyil, məşqçinin qərarlarını qəbul etmək lazımdır. Daha çox çalışacağam”.

Lakin bir qədər sonra Alvaro Arbeloa bu sözlərə münasibət bildirərək futbolçusunun onu yanlış anladığını söyləyib:

“Mən istərdim ki, komandamda dörd hücumçu olsun, amma belə deyil. Açığı, buna nə cavab verəcəyimi bilmirəm, çünki mənim dörd forvardım yoxdur və ona heç vaxt belə bir şey deməmişəm. Görünür, o, məni səhv başa düşüb. Mən heç vaxt ona dördüncü hücumçu olduğunu deməmişəm”.

Избранный
46
50
publika.az

10Источники