RU

Lavrov: Rusiya Avropayla danışıqlar üçün yalvarmayacaq

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Avropayla danışığa hazırdır, lakin özü dialoqa can atmayacaq, heç kimin ardınca qaçmayacaq və yalvarmayacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Nyu-Dehlidə keçirilən BRICS nazirlər görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz Avropayla hər hansı danışıqlar prosesinə can atmırıq. Prezident Vladimir Putinin cavabı da məhz bu kontekstdə dəyərləndirilməlidir: biz hazırıq, amma heç vaxt qarşılarına qaçıb yalvarmayacağıq,” – deyə o vurğulayıb.

Lavrov eyni zamanda qeyd edib ki, “Avropalıların razılaşmaları yerinə yetirmə baxımından göstəriciləri tamamilə mənfidir”.

“Onların Ukrayna məsələsinin həllinə töhfə vermək şansı olub. Mən bunu artıq xatırlatmışam. Bu, 2014-cü ilin fevralı, nəticədə razılaşmalara zidd olaraq dövlət çevrilişi baş verən vaxt və 2015-ci ilin fevralı, Minsk razılaşmalarının imzalandığı dövrdür idi. Hər iki halda Avropalılar zəmanətçi idilər, lakin hər iki halda öz rollarını yerinə yetirə bilmədilər və etibarlı vasitəçilər kimi çıxış etmədilər,” – deyə Rusiya XİN başçısı qeyd edib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
icma.az

1Источники