RU

Rektor özünə yeni müşavir təyin etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoruna yeni müşavir təyin olunub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bununla bağlı ali məktəbin rektoru, professor Ədalət Muradov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xəyyam Natiq oğlu Cavadzadə rektorun iqtisadi məsələlər üzrə müşaviri vəzifəsinə gətirilib. 

Qeyd edək ki, X.Cavadzadə son təyinatdan əvvəl UNEC-in Zaqatala filialının direktor müavini olub. O, iqtisad üzrə fəlsəfə doktorudur.

"Cebheinfo.az"

Избранный
1
1
cebheinfo.az

2Источники