RU

Tibb, hüquq, maliyyə üzrə təhsili olmayan blogerlərə qadağa!

ain.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Çində sosial media platformalarında fəaliyyət göstərən influenserlər və kontent yaradıcıları üçün yeni tələblər qüvvəyə minib. Yeni qaydalara əsasən 25 oktyabr 2025-ci ildən, tibb, hüquq, maliyyə və təhsil kimi həssas sahələrdə məlumat paylaşan şəxslər öz peşə ixtisaslarını və ya müvafiq təhsillərini təsdiqləməli olacaqlar.Tələblərə əməl etməyən şəxslər isə ciddi sanksiyalarla üzləşə bilər. Qayda pozuntularına görə 100 min yuanadək (təxminən 26 min manat) cərimə tətbiq oluna, həmçinin hesabların fəaliyyəti məhdudlaşdırıla və ya tam bloklana bilər.Çin hakimiyyəti bu addımın əsas məqsədinin internet şəbəkəsində dezinformasiyanın yayılmasının qarşısını almaq və paylaşılan məlumatların keyfiyyətini artırmaq olduğunu bildirib. Bununla belə, yeni qərar ictimaiyyət arasında fərqli reaksiyalara səbəb olub. Bəzi şəxslər bunu istifadəçilərin yanlış məlumatlardan qorunması üçün vacib addım hesab etsələr də, digərləri bu tələblərin ifadə azadlığını məhdudlaşdıra biləcəyini düşünür.

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
saglamolun.az

1Источники