RU

25 illik vəfa borcu: özünü dünyaya gətirən həkim indi də oğlunun doğumunda iştirak etdi - FOTO

ABŞ-nin Texas ştatında yaşanan qeyri-adi doğum hekayəsi böyük marağa səbəb olub.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, Texas ştatının San Antonio şəhərində yerləşən "Methodist Hospital" xəstəxanasında çalışan mama-ginekoloq Bryan Cox 25 il əvvəl dünyaya gəlməsinə kömək etdiyi Lauren Kortezin bu dəfə oğlunun doğumunu həyata keçirib.

23 mart 1995-ci ildə Lauren Kortezin doğumunda iştirak edən həkimlə illər sonra eyni xəstəxanada yenidən qarşılaşan gənc qadın xəstəxana qeydlərini öyrənəndə böyük təəccüb yaşayıb.

Doğuşdan sonra duyğulu anlar yaşandığını bildirən Lauren Kortez həm özünün, həm də oğlunun dünyaya gəlməsində iştirak edən həkimə təşəkkür edib.

Bryan Cox isə açıqlamasında Laurenin hamiləlik prosesinin onlar üçün çox xüsusi təcrübə olduğunu deyib.

Sosial şəbəkələrdə geniş yayılan hadisə istifadəçilər tərəfindən “nəsillər boyu davam edən həkim bağı” kimi şərh olunub.

Həmidə İbrahimova

Избранный
26
1
olke.az

2Источники